Pişik naləsi

Yəqin ki, pişik naləsi eşitmisiniz. Sanki uzaqdan bir körpə ağlaması eşidilir. Bu səhər mən də belə bir səsə ayıldım. Düşdüm həyətə, bir pişik quyruğunu kəsmişlər… Suçlu insan, məsum, günahsız insana qıymışdı. Əlimdə apardığım paya da baxmadı. Çünki… canından can ayrılmışdı…

Quyruğu kəsik pişik,

Yaşayırsan, gəzirsən

Dünyadan küsük pişik.

Buna necə dözürsən?

Yazığım gəlir sənə

Səni səndən kim kəsdi?

Ürəyində çəkdiyin

Elə özünə bəsdi.

Nədənsə hər şeyin kiçiyi məsum və günahsız olduğu üçün insana zövq verir. Amma insan böyüdükcə bəzən onun günahları da böyüyür.

Quyruğu kəsik pişik… Sən günahsız böyüyəcəksən, çünki sən insan deyilsən, sən pişiksən…

Müəllif:Pərvanə Namiq qızı

Qafqaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR