Polis idarəsindəki güllələnmə ilə bağlı YENİ XƏBƏR – TƏFƏRRÜAT

Ötən gecə Lənkəran şəhər Polis İdarəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə gecə saat 03 radələrində baş verib. Polis tərəfindən saxlanılan Xolmili kənd sakini, 40 yaşlı Fail Hüseynov polis əməkdaşından su istəyib. Şübhəli şəxsə su verərkən F.Hüseynov qəfil hücum edərək polisin silahını götürüb və özünə atəş açaraq intihar edib.

 

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

 

*****

11:15

Ötən gecə Lənkəran şəhər Polis İdarəsində özünü güllələyərək öldürən şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, polisin xidməti silahı ilə özünü güllələyərək öldürən şəxs Xolmili kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Fail Xudaverdi oğlu olub. Məlum olub ki, o, polis kapitanı Fuad Nurullayevə məxsus xidməti tapançadan açılan atəş nəticəsində ölüb.

 

Lənkərandakı xəstəxanalardan Lent.az-a bildirilib ki, gecə saatlarında onlara hər hansı polis əməkdaşı xəsarətlə müraciət etməyib.

*****

 

8:56

 

 

Lənkəran rayonunun Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında intihar hadisəsi baş verib.
Soyğunçuluq məqsədilə evə basqın edərək ev sahibinə ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında özünü öldürüb.
İlkin məlumata görə, adı hələlik açıqlanmayan şübhəli polis gözətçisinə xəsarət yetirərək onun silahı ilə özünü vurub. İntihar edənin rayonun Xolmili kənd sakini olduğu bildirilir.
Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də, Xolmili kəndində baş verib. Belə ki, evə basqın edən şəxs və ya şəxslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR