Polis mayoru hüquq şirkətinin rəhbəri oldu

“Yust” MMC-yə yeni təyinat olub

2014 -cü ildə təsis olunan “Yust” MMC vətandaşlara hüquqi xidmət göstərməklə fəaliyyətini davam edir. Hüquq şirkətinə yeni təyinat olub və baş direktor vəzifəsinə Aqil Aydın oğlu Qəhrəmanov təyin olunub. Aqil Qəhrəmanov uzun illər Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışaraq cinayətkarlıqla mübarizədə şərəfli bir yol keçib. Aqil Qəhrəmanov 2003- cü ildə neft kəmərlərində baş verən oğurluqla bağlı qalmaqallı cinayət hadisəsinin açılmasında xüsusi olaraq fərqlənmişdir.

Belə ki, A.Qəhrəmanov həmin ildə Abşeron RPŞ-nin Baş inspektoru vəzifəsində xidmət apararkən Bakı Baş Polis İdarəsinin sabiq əməkdaşlarını neft kəmərlərindən oğurluq hadisəsində şübhəli bilərək yaxalamışdır. Bu hadisə o illərdə böyük rezonansa səbəb olmuşdur. Şübhəli şəxs qismində saxlanılanlardan biri də Bakı Baş Polis İdarəsinin ozamankı rəisi Məhərrəm Əliyevin kürəkəni Ulvi Allahyarov olmuşdur. Həmin vaxt Ulvi Allahyarov Bakı BPİ-nin CAİ-nin mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edirdi.

A.Qəhrəmanov bu əməliyyatda fəal iştirak etdiyinə görə DİN-in rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. A.Qəhrəmanov bir çox başqa cinayət hadisələrinin açılmasında da öz peşəkarlığı ilə fərqlənmişdir. Hazırda A.Qəhrəmanov mayor rütbəsində polis təqaüdçüsü olaraq öz fəaliyyətini hüquqi sahədə “Yust” MMC-nin baş direktoru vəzifəsində davam etdirərək cəmiyyətimizə xidmət edir. Biz də öz növbəmizdə Aqil Qəhrəmanova yeni vəzifədə uğurlar arzulayırıq.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının buyurduğu kimi həmişə xalqın xidmətində olun, cənab Qəhrəmanov!

Araz Məmmədov

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR