Pul hara gedib?

Bu günlərdə Bakı şəhər sakini, tanınmış publisist Tamara Hümbətova LEGİON agentliuinə müraciət edib: “İslam, xrisitian və iudaizmə mənsub vətəndaşların dinc və mehriban şəraitdə yaşaması üçün Dini qurumlarla iş üzrə Dövlət Komitəsi dini icmalara maddi dəstək verir və hər il bu məqsədlə dövlət büdcəsindən 6 milyon manat civarında pul ayırır. Dövlət Komitəsi dövrü olaraq hər dəfə hesabat verir ki, onlarla dini icmaya maddi kömək edildi, pullar ayrıldı…Bu barədə Dövlət komitəsindən hər hansı məlumat almaq demək olar ki, mümkün deyil. Axı söhbət hansısa ianədən deyil, dövlət vəsaitindən gedir. Mətbuatda gedən məlumatlara görə pul ayrılan dini icmaların sayı 77- 105 arasındadır (icmaların cəmi sayı 550- 746 arasındadır ).

Bizdə olan məlumata görə komitə bu pulları özü bildiyi kimi xərcləyir. Və eyni zamanda dini icmalardan biri də bu günədək xərclənən pullara görə KİV-də təşəkkür də bildirməyib. Onda ortaya sual çıxır…Bunun harası tolerantlıq, multikulturalizm oldu?! LEGİON agentliyi komitənin dini icmalara həqiqtənmi 6 milyon pul ayırdığını və bu pulların hara xərcləndiyini araşdırmaq qərarına gəldi.

Araşdırma zamanı əlimizə komitə sədrinin müavini Siyavuş Heydərovun 1 saylı Bakı İqtisadi-İnzibat məhkəməsinə ünvanlanmış məktubu keçdi. Məktubda komitə tərəfindən pul ayrılmış islam yönümlü olmayan dini icmaların siyahısı qeyd olunub. Həmin siyahıda böyük icmaların, hətta Rus icmasının, dağ yəhudiləri, yevangelist-babtist kimi icmaların adına rast gəlmədik. Araşadırma zamanı yevangelist-babtist icmasının rəhbəri İlya Zençenko bildirdi ki, komitə heç vaxt onun təşkilatına maliyyə yardımı etməyib.

Məsələ ilə bağlı millət vəkili Azərbaycandakı Rus icmasının rəhbəri Mixail Zabelin də LEGİON-a bildirdi ki, onun təşkilatı da dövlətdən maddi yardım almır:” Düzdür müxtəli tədbirlər keçiriləndə Gənclər və idman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil və Rabitə nazirlikləri maddi dəstək olurlar”.

Dağ yəhidiləri icması rəhbərinin köməkçisi Rafiq isə bildiridi ki 2016-cı ildə yəhudi icması dövlətdən 250 min manat maliyyə yardımı alıb. Məsələ ilə bağlı komitə sədrinin müavini Gündüz İsmayılov LEGİON-a aşağıdakıları söylədi:”Dini icmalara 6 milyon manat pul ayrımağımızla bağlı informasiya həqiqətə uyğun deyil” Müxbirimizin “Nə üçün yevangelist-babtist dini icması komitədən yardım alan icmaların siyahısında yoxdur” sualına komitə sədrinin müavini belə cavab verdi: “2009-cu ildə qanuna edilən dəyişikliyə görə 2009-cu ilədək qeydiyyatdan keçən dini icmalar yenidən qeydiyyatdan keçmək üçün sənədlərini mütləq 1 yanvar 2010-cu ilədək təqdim etməli idilər. Maliyyə dəstəyi islam yönümlü olmayan və yenidən qeydiyyatdan keçən dini icmalara ayrılıb”.

Müxbirimizin “ Bəs Rus icması niyə komitə tərəfindən maliyyə dəstəyi almayıb” sualını komitə sədrinin müavini belə cavablandırdı;“Ona görə ki, Rus icması dini icma deyil. Dini icma Rus pravoslav kilsəsinin nəzdində fəaliyyət göstərir”.

Müxbirimizin komitə sədrinin müavininə növbəti sualı belə olub: “Dağ yəhudiləri icmasının nümayəndəsi bildirir ki, onlara dövlət tərəfindən 250 min manat pul ayrılıb. Bunu necə izah edərdiniz?” Komitə sədrinin müavini məsələyə belə aydınlıq gətirib; “2011-ci ilidə Nazirlər kabinetinin qərarı ilə islam yönümlü olmayan dini icmalara 400 min manat pul ayrıldı.

Həmin vəsait 2013 və 2014 –cü illərdə verildi. 2016-cı ildə “Multikulturalizm ili”ndə dövlət baçısı sərəncamla Prezidentin ehtiyyat Fondundan dağ yəhudilərinə 250 min manat pul ayırdı. Bu sərəncama uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat. Bakı və azərbaycan Provoslav kilsəsinə 250 min manat . Alban –udin dini icmasına,Katolik icmaya ,Avropa yəhudiləri icmasının hər birinə 100 min manat pul ayrıldı”.

Rəşad Rüstəmov

LEGİON

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR