Putin: Heç yerdə internetdə sərbəstlik yoxdur

Rusiya prezidenti Vladimir Putin Çinin internetin nizamlanması üzrə qadağa modelini tənqid etməməyə çağırıb.

Oxu.Az bu barədə “Meduza”ya istinadən xəbər verir.

“Artıq heç yerdə internetdə sərbəstlik yoxdur”, – dövlət başçısı bu barədə Ümumrusiya Xalq Cəbhəsinin media forumunda bildirib.

İnternetdə yayılan informasiyaya nəzarətin daha da sərtləşdirilməsinə ehtiyacın olmasına dair suala cavab verərkən o, mövcud tədbirlərin yetərli olduğunu deyib.

“Bizdə məhdudiyyətlər mövcuddur, onlar hamıya yaxşı məlumdur – bu intihar, uşaq pornoqrafiyası, terrorun təbliği, narkotikin yayılması və s. ilə bağlı materiallara daxildir. Bu tədbirlər qüvvədədir”, – o əlavə edib.

“Hətta hərbi paradı da qadağan ediblər, belə getsə, hər şey qadağan ediləcək”, – deyə prezident Vladimir Visotskinin mahnısından sitat gətirib. Putin xatırladıb ki, internetdə qadağan olmayan hər şeyi etmək olar.

2000-ci ilin əvvəllərində Çin internetdə monitorinq və fəallığın blok edilməsi üzrə sistemi yaratmağa başlayıb. Bu sistem həm ayrı-ayrı saytları, eləcə də müəyyən axtarış sorğularını blok etmək imkanı verir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR