Qadın dördüncü mərtəbədən yıxılaraq öldü

Bakıda 92 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
“Report”un xəbərinə görə, hadisə Nizami rayonu B.Çobanzadə küçəsi ev 45 ünvanında qeydə alınıb.
Orada yaşayan 1925-ci il təvəllüdlü Biqistan Mirzəbəyova ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR