Qadın insan əti yeyənlərdən necə qurtuldu – DƏHŞƏTLİ FOTOLAR

46 yaşlı qadının qolundakı yaranın içindən çıxanlar həkimləri belə heyrətə salıb.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, “Fil Dişi” sahilində istirahət etdikdən sonra evinə qayıdan bir qadın (Adı məxfi saxlanılır) qolundakı ağrı ilə bağlı həkimə müraciət edir. Həkimlər qolunda infeksiya olduğunu, ancaq zərərsiz bir həşəratın sancdığını söyləyərək antibiotik müalicəsi yazırlar.
46 yaşlı qadının ağrısı ertəsi gün daha da artır və məcbur olub yenə də xəstəxananın yolunu tutur. Aparılan müayinələr, analizlər nəticəsində yaranın adi dəri infeksiyası olmadığı aydınlaşır.
Qadının yarasının içərisində nəyinsə hərəkət etdiyi ortaya çıxır. Həkimlər bir neçə dənə baramanın qadının dərisini oyaraq qoluna girdiyini bildirirlər. Yaraları sıxdıqda Afrikaya xas insan əti yeyən “tumbu milçəyi”nin sürfələri üzə çıxır.
Belə ki, yumurtadan çıxdıqdan sonra nəfəs almaq üçün havaya ehtiyacı olan sürfələr əti yeyərək çölə çıxmaq üçün özlərinə yol açmağa başlayırlar. Bu isə ciddi ağrı və irritasyona səbəb olur.
Həkimlər qadının qolun əməliyyat edərək zərərli həşəratları təziləyirlər. Əməliyyatı uğurla keçən qadına antibiotik verildikdən sonra tamamilə sağalır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR