Qazaxstan Müsəlmanlarının Dini İdarəsi bəyanatla çıxış edib

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Qazaxstanda namaz əsnasında ucadan “amin” deyənlər cərimə olunmağa başlayacaq.

Bu tədbir yerli müsəlmanlar arasında birmənalı qarşılanmayıb, xüsusən də dindarların məscid imamlarının “amin” sözünü ürəkdə deyilməsinin zəruriliyi haqda tələbini yerinə yetirməkdən imtina edən zaman bir neçə insidentdən sonra.

Buna görə də Qazaxstan Müsəlmanlarının Dini İdarəsi (QMDİ) rəsmi bəyanatla çıxış edib. Orada deyilir ki, “məhdudiyyət vətəndaşların çox saylı müraciətlərindən sonra tətbiq edilib”.

“Qazaxstanlılar sünniliyin hənəfi məzhəbindəndirlər. QMDİ-nin müsəlman cəmiyyətinin asayişinin pozulmasına icazə vermədiyinə görə məscidlərdə müvafiq rəftar qanunları yaradılıb. Camaat arasında fikir ayrılığını qızışdıranlar başqa cərəyanların ardıcılları olanlardır. Və onlar məscid qanunlarına tabe olmaq istəmir, hənəfi məzhəbini və qazax adət-ənənələrini qəbul etmir, dövlətin qanun normalarını gözləmir, imamları dinləmir və hənəfi məzhəbi üzrə namaz qılmırlar. Buna görə də biz sələfi-vəhabi cərəyanının nümayəndələrinin düşmənçiliyin və ziddiyətlərin qızışdırılmasına yönəlmiş hərəkətlərini pisləyirik.”, – deyə müftiliyin bəyanatında deyilir.
Qazaxstandan vəhabilərə qarşı qadağa: “Amin” deməyin!

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR