Qırğızıstanda təbii fəlakət: 24 nəfər ölüb

Qırğızıstanın cənubunda yerləşən Oş vilayətində güclü torpaq sürüşməsi baş verib.

 Qafqaznews.az xəbər verir ki, bu barədə APA İnterfaks-a istinadən məlumat verib.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə, 24 nəfər ölüb.

Hadisə bu gün səhər yerli vaxtla saat 7:00 radələrində Uzgen rayonunun Zərgər kəndində baş verib. Sürüşmə zonası 1 milyon kubmetr ərazini əhatə edir.

Sürüşmə nəticəsində 7 ev iri torpaq kütləsinin altında qalaraq dağılıb.

İlkin məlumata görə, ölənlərin hamısı hadisə vaxt evdə olub və torpaq qatının altında qalıb.

Hadisə yerinə FHN-in 100-dən artıq əməkdaşı cəlb olunub.

Onlar torpaq kütləsini təmizləməyə, torpağın altında qalanları çıxarmağa çalışırlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR