Qiyamətdən sonra yaranacaq dünya haqqında ruhların ŞOK PROQNOZLARI

Az əvvəl Türkiyədə ruhlar tərəfindən yazdırıldığı iddia olunan kitabın nəşr edildiyi haqqında məlumat vermişdik. Həmçinin kitabda yer almış ruhların verdiyi bəzi proqnozları da təqdim etmişdik. Ətraflı məlumatı bu linkdən moderator.az/news/175077.html  oxuya bilərsiniz.
Moderator.az-ın təqdim etdiyi bu yazıda isə 54 il ərzində kassalarda saxlanan “İlahi Nizam və Kainat” adlı həmin kitabda yer alan ruhların qiyamətdən sonra yaranacaq dünya və insanlar haqqında  proqnozlarını təqdim edirik:
Dünyadan kənarda həyat varmı? 
“Günəş sisteminin ən inkişaf etmiş planeti Yer kürəsidir. Sistemin digər planetlərində və ya günəşdə dünyadakından daha inkişaf etmiş varlıqlar yoxdur. Günəş sisteminin ən geri qalmış planetlərindən biri isə Plutondur. Bu planetin ən inkişaf etmiş varlığı dünyamızın ən geri qalmış varlığı olan təbəqədən daha geridir.
O cümlədən, günəş də sistemin geri qalmış kürəsidir. Əsasən günəşin bu geridəqalmışlığına görə orada manipulyasiya çox asandır. Ona görə də  sistemin digər planetlərini, xüsusilə də dünyanı idarə edənlər daha çox günəşdə olurlar. Amma bu səlahiyyətlilər digər planetlərdə də gəzərək öz vəzifələrini icra edirlər.
Günəş sistemində hidrogen aləminin inkişafını tamamlamış  varlıqların toplaşdıqları yer dünyadır. Dünyamız  ötən yetmiş min il ərzində artıq bu dövrədəki vəzifəsini bitirmək üzrə olan, insanlara layiq olduqları aləmlərin qapılarını açmaq və imkanları tükənmiş hidrogen aləmin qapısını da arxadan bağlamaq hazırlıqlarına başlayıb”.
Gələcəyimiz fəlakətlərlə doludur
“Yeni dünyanın batan qitələrin dəniz üzərində qalan hissələrinə aid bəzi adalar və arxipelaqların dənizin dibindən qalxaraq meydana çıxan yeni böyük qitələrdən meydana gələcəyini demişdik. O cümlədən, ötən dünyadan qalan insanların məskunlaşacağı bu adaların qayalıqlardan ibarət olacağını, torpağın olmayacağını da qeyd etmişdik. Beləliklə ilk insanların həyatında bitki mühiti hələ mövcud olmayacaq. Məhz bu halda olan yeni dünyanın ilk vəziyyəti qısa bir zamanda vəhşiləşməyə başlayacaq. Hər şey sadələşəcək, iptidailəşəcək.
Qədim dünyada mövcud olan zirvələri girdə dağlar və təpələr yeni dünyada görülməyəcək. Onların yerinə təpələri iti, mişar şəklini almış dağlar və sıra dağlar meydana gələcək, kəskin dərələr görüləcək, hər şey kəskinləşəcək   və sərt bir görkəm alacaq.
Varlıqların yaşadığı mühitlərə riayət etmələrinin zəruri olduğundan əvvəlcə bəhs etmişdik. Dünyaya gələcək varlıqlar ancaq içində olduqları mühitin maddələrindən bədənlərini qurmaq üçün istifadə edəcəklər. Yeni dünyada insanların və heyvanların nəsilləri çoxaldıqca kobud mühitlərə tabe olacaqlar. Onların bu kobud mühitə uyğunlaşmaları nəticəsində  bədənləri də sürətlə kobudlaşacaq.
Keçən dünyadan yeni dünyaya intiqrasiya edən heyvanların və insanların bədənlərində baş verəcək bu kobudlaşma halı nəsildən nəslə keçəcək və uzun müddət davam edəcək. Məsələn, nəsillər irəlilədikcə böyük cüssəli heyvanlar ortaya çıxacaq, bu heyvanlar vəhşi olacaq, adalarda torpaq və bitki olmadığı üçün keçmiş dünyanın ot və bitki yeyən heyvanlarına burada təsadüf edilməyəcək”.
Hazırladı: Zəhra

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR