Ərdoğanın 1100 otaqlı möhtəşəm iqamətgahından FOTOLAR

Türkiyədə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2014-cü ildə tikdirdiyi iqamətgahla bağlı yeni faktlar ortaya çıxıb.

Missiya.Az “Daily Mail”-ə istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada yerləşən “Ağ Saray” adlı iqamətgah 1100 otaqdan ibarətdir.

Saytın yazdığına görə, iqamətgahın 250 otağından prezident və onun ailəsi istifadə edir. Sarayın tikintisinə 600 milyon dollardan çox vəsait xərclənib. İqamətgahda olan yalnız xalçaların qiyməti 9 milyon dollara bərabərdir.

Araşdırmalara görə, “Ağ Saray” son 100 il ərzində dünyada tikilmiş ən böyük saraydır.  Yazıda sarayın  sahəsi Ağ evdən təxminən 50 dəfə böyük göstərilib.

3 metr hündürlükdə 400 cüt ikiqatlı qapılar 6,2 milyon dollara başa gəlib.

Binanın qızdırılmasına hər il 620 min dollar xərclənir. Qeyd edək ki, Türkiyədə aprelin 16-da keçirilən referendumda qalib gələn Ərdoğan səlahiyyətlərini daha da artırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR