“Roland”ın yaradıcısı VƏFAT ETDİ

Rəqəmsal musiqinin atası və elektron musiqi şirkəti “Roland”ın yaradıcısı Ikutaro Kakehaşi 87 yaşında dünyasını dəyişib.

ATV şirkətindən edilən açıqlamada həyatını əyləncə sektoruna həsr edən, elektronik, hip-hop və rəqs musiqisinin formalaşmasında əhəmiyyətli rol oynayan yapon mühəndis Kakehaşinin şənbə günü öldüyü bildirilir.

Ailəsinin tələbi ilə Kakehaşinin ölüm səbəbiylə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Kakehaşi ilk ritm cihazını istehsal edən “Roland” şirkətini 1972-ci ildə qurmuşdu. Aralarında Ledy Qaqa və Ömər Hakimin də olduğu sənətçilə, şirkətin istehsal etdiyi cihazları səhnə aldıqları zaman istifadə edirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR