Ronaldo ən yaxşı futbolçu seçildi

Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, Madrid “Real”ının üzvü Kriştianu Ronaldo bütün rəqiblərini üstələyib.

¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Bavariya” ilə səfər qarşılaşmasında dubl edən Ronaldo komandasının 2:1 hesablı qələbəsində mühüm rol oynamışdı. Səsvermədə iştirak edən azarkeşlər bunu nəzərə alaraq, portuqaliyalı superulduzu həftənin ən yaxşı futbolçusu seçiblər.

Ronaldo səslərin 57 faizini topladığı halda, ikinci yeri “Yuventus”lu Paulo Dibala tutub. İlk “üçlüy”ü isə  “Monako”nun hücumçusu Kilian Mbappe tamamlayıb.

Qeyd edək ki, Kriştianu Ronaldo karyerası ərzində 3 dəfə (1 dəfə “Mançester Yunayted”in, 2 dəfə “Real”ın heyətində) Çempionlar Liqasının qalibi olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR