Rusiya Xəzər donanmasının bir hissəsi yüksək döyüş hazırlığına gətirilib

Rusiya Xəzər donanmasının hissələrinin qış dövrü üçün son yoxlaması başlayıb, donanmanın bir hissəsi yüksək döyüş hazırlığına gətirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib.

Onun sözlərinə görə, yekun yoxlama donanma komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi altında başlanılıb və yoxlamalara Həştərxan və Mahaçqala qarnizonlarında yerləşən hərbi hissələr və birləşmələr cəlb edilib.

CHD-nin mətbuat xidmətinin məlumatına görə, sahil bölmələrindən əlavə, gəmi birləşmələrinin – “Tatarıstan” və “Dağıstan” raket gəmilərinin, “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”, “Volqodonsk” və “Mahaçqala” kiçik raket və artilleriya gəmilərinin hazırlığı yoxlanılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR