Rusiyada jurnalist öldürüldü

Rusiyanın Sankt-Peterburq şəhərində jurnalist öldürülüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Novıy Peterburq” qəzetinin baş redaktoru Nikolay Andruşenko gecə saatlarında hücuma məruz qalıb. Başından xəsarət alan jurnalist xəstəxanada keçinib.
Andruşenko 2008-ci ildə yaratdığı “Novıy Peterburq” qəzetində kriminal mövzularda yazırdı və hüquq müdafiəçisi kimi çıxış edirdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR