Rusiyada “Moscow Eurovision Party” əyləncə gecəsi təxirə salınıb

“Eurovision – 2017” mahnı müsabiqəsi öncəsi keçirilməli olan “Moscow Eurovision Party – 2017” əyləncə gecəsinin təşkilatçıları tədbiri təxirə salıblar.

Qafqaznews.az Report-a istinadla xəbər verir ki, tədbir aprelin 21-də baş tutmalı idi.

Təşkilatçılar bu addımı yaranan qeyri-sabit siyasi vəziyyət və Rusiya nümayəndə heyətinin iştirakı ilə bağlı rəsmi qərarın olmaması ilə izah ediblər.

Biletlər isə geri qaytarılacaq.

Gecədə Rusiya, Azərbaycan, İsrail, İsveçrə, Bolqarıstan, Yunanıstan və Moldovanın mahnı müsabiqəsindəki təmsilçiləri də iştirak etməli idilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR