Rusiyanın qanadlı raket daşıyan gəmisi Suriyaya doğru yön alıb

Rusiyanın Qara dənizdəki Hərbi Donanmasına məxsus “Admiral Qriqoroviç” gəmisi Suriya sahilləri istiqamətində yola düşüb.

 Qafqaznews.az “Report”a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Gəmi “Kalibr” adlı qanadlı raketlə yüklüdür. “Admiral Qriqoroviç” Suriyanın Tartus limanındakı Rusiyanın bazasında yan alacaq. Məlumata görə, o, şəraitdən asılı olaraq, orada bir aydan çox qalacaq.

Bu il martın əvvəlində də “Admiral Qriqoroviç” Aralıq dənizinə yön aldığı barədə məlumat yayılmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR