Rusiyanın yeni nəsil raketi: S-500 – Video

Müasir S-500 zenit-raket sistemlərinin ikinci sınağı Qazaxıstanda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Almaz-Antey” konserninin baş konstruktoru Pavel Sozinov məlumat verib.

“Biz bu sistemi hazırlayan zaman yaxın 25 ildə hava kosmik hücum vasitələrinin necə inkişaf edəcəyini nəzərə aldıq. S-500 hazırda olmayan, amma istənilən vaxt yaradıla biləcək silahlara qarşı da dayana bilmək gücündədir” – deyə o bildirib.

S-500 “yer-hava” zenit-raket sistemlərinin yeni nəslidir. Bu raketlər yüksək potensiala malik raketdən müdafiə sistemləri ilə təchiz olunub və ballistik raketləri tutmağa qadirdir. S-500-lər təkcə ballistik raketlərə qarşı yox, həm də aerodinanik hədəflər (təyyarə, helikopter), eləcə də qanadlı raketlərə qarşı effektlidir.

Sistemin məhvetmə radiusu 600 kilometrə bərabərdir və eyni zamanda 10-a yaxın səsdən sürətli ballistik raketi məhv edə bilir.

Taktiki-texniki xüsusiyyətlərinə görə S-500-lər hazırda Rusiya ordusunun silahlanmasında olan S-400 və ABŞ-ın “Patriot” raketlərini qabaqlayır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR