ŞƏKİDƏ BƏDBƏXT HADİSƏ: Kişi laqunda ilə çənəsini kəsdi – VİDEO

Bu gün Şəkidə bədbəxt hadisə baş verib.

ARB Şəki xəbər verir ki, Suçma kənd sakini 54 yaşlı Ələsgər Mənəfov həyatyanı sahəsində motorlu kəsici-hamarlayıcı alətlə – yəni laqunda ilə işləyərkən alətin daşı bir anda yerindən çıxıb və onu yaralayıb. Daş Ələsgər Mənəfovun çənəsinə dəyib və kəsib.

Yaralı dərhal Şəki MRX-na çatdırılıb. Burada ona ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə hazırda xəstənin vəziyyəti orta ağırdır. Xəstə əməliyyat üçün Bakıya göndəriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR