Şəkinin “Vizit Kartı” – Hacı dayı əslində kimdir?… – VİDEO

İndi sizə Şəki lətifələrindən danışacayıq. Daha doğrusu ondan ki, niyə lətifələrin çoxu məhz Şəki şəhərində yaranıb və hələ də yaranmağa davam edir. Ədəbiyyat adamları deyir ki, fəhmin qüvvətli olması, hazırcavablılıq və hadisəyə tez qiymət verə bilmək bacarığı ilə yanaşı yumora meyillilik Şəkidə çoxsaylı lətifələrin yaranmasına səbəb olub. Bəs Hacı dayı kimi tanıdığımiz və lətifələrdə adı çox çəkilən şəxs kimdir? Növbəti süjetdən izləyək.

Şəki lətifələrinin bir çoxunun müəlifinin öz hazırcavablığı ilə seçilən 1900 cu ildə Şəkidə doğulan Hacı Feyzi oğlu İlyas olduğu deyilir. Lakin mütəxəsislər Hacı adının Şəkinin simvoluna cevrilməsinin səbəbini Azərbaycanda ən cox hacının bu şəhərdə yaşaması ilə əlaqələndirirlər.

Şəki lətifələrinin kankret hansı hacıya ünvanlandığını isə demək cox cətindir. Xalq arasında öz baməzəliyi ilə secilən Mirzə Abdulcabbar, Maşaq İsfəndiyar, Qəbirqazan Gülü, Xoruz oğlu, Fərrux, Qabardin oğlu, Eşələn Nuru, Yeşil dayı, Dekan Tofiq, Baba oğlu Əhməd adlı insanlar da belə lətifə yaradıcılarındandır.

Şəki lüğətinin müəllifi Ağəli Mustafayev lətifələrin bu gün də yarandığını deyır.

Lətifələr lokanik olmaqla yanaşı həm də xalqa duzu qaçırılmadan catdırmalıdır. Sözsüz ki burada Şəki ləhcəsi böyük rol oynayır.

xezerxeber.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR