Saatlı Məşğulluq Mərkəzi direktorunun yeni videosu yayıldı- ŞOK VİDEO FAKT

Xəbər verildiyi kimi, sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun dövlət qulluqçusuna yaraşmayan hərəkətləri barədə videgörüntülər yayılmışdır. Belə ki, o, oğlunun ünvanlı yardım və özünün pensiya artımı ilə bağlı probleminə aydınlıq gətirilməsi üçün ona müraciət etmiş (rayon sakini Allahyarov Elşən Mehdiqulu oğlunun atasıdır) əlacsız, xəstə, 1-ci qrup gözdən əlil ağsaqqalı ələ salıb lağa qoyur, təhqir edir… B.Mikayılovun ona müraciət edən Saatlı rayon sakini, ahıl atasını kabinetində təhqir edərək aşağılamasını və s. əks etdirən videogörüntülərdən bir neçəsi həm də Bakı şəhər sakini A.Cəbrayılov tərəfindən «Təzadlar»a təqdim edilmişdir. Bu gün redaksiyamıza daha 2 videogörüntülər təqdim olunmuşdur…

Nazir Səlim Müslümov bu dəfə öz işçilərini doğrudanmı tanımayacaq?-Ciddi fakt və görüntülər var…
Maraqlıdır ki, KİV olaraq bizə təqdim olunmuş 4 ədəd videogörüntüləri və onların şərhini əvvəlcədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir Səlim Müslümovun, nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyevin, nazir müavini İlqar Rəhimovun, həmçinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin rəsmi elektron poçtuna iki dəfə təkrar, ayrı-ayrı vaxtlarda göndərilmişdir. Lakin nədənsə rəhbərlik «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərinə əməl etmədən sorğumuza reaksiya verməmişdir. Halbuki, redaksiya bir müddətdir ki, Saatlı Məşğulluq Mərkəzinin direktoru Baram Mikayılovun ətrafında yaranmış ciddi problemlə bağlı ona ailə institutu maraqları çərçivəsində kömək etməyə çalışmışdır. B.Mikayılov və onun redaksiyaya bəzi mətbu yazılarla bağlı müraciət etmiş tanış və yaxınları bunu yaxşı bilirlər… Lakin təəssüflər olsun ki, B.Mikayılov özü də ona bu problemlərində kömək etmək təkliflərimizə (indi də bu mövqedəyik) dolayısı ilə rədd cavabı vermişdir və hətta əksinə, qəzeti məhkəməyə də vermişdir ki, guya onun işgüzar reputasiyasına xələl gətirmiş məlumatlar yayılmışdır.
Bu azmış kimi, iki gün əvvəl isə Nazirlik sosial şəbəkələrdə, həmçinin «Təzadlar»da yerləşdirilmiş (söyüş və ağır ifadələr olan videonu etikadan kənar bilib yaymamışıq) video ilə bağlı təkzib məlumatı yaymış, guya belə hal ümumiyyətlə, mövcud deyildir və bu videogörüntü kimlər tərəfindənsə montaj edilmişdir ki, Bayram Mikayılov gözdən salınsın və s.
Bu tələm-tələsik yayılmış təkzibdən sonra həmin videonu təqdim edən A.Cəbrayılov redaksiyamıza gələrək mötəbər sübutlarını təqdim etmişdir: «…Bayram Mikayılov Saatlı ƏƏSMM-də ünvanlı sosial yardım sektorunun müdiri olarkən (həmçinin 26 dekabr 2014-cü ildə və 29 yanvar 2014-cü ildə) saat 11-30 radələrində özünə məxsus 050-594-94-88 mobil telefon aparatı ilə bu görüntüləri məhz öz kabinetində çəkmiş, sonra 055-612-12-77 mobil telefona göndərərək özü yaymışdır. Məlum olduğu kimi, sonradan nazirlikdə aparılan struktur dəyişikliklərindən sonra rayonlardakı məşğulluq mərkəzləri ləğv edilib ƏƏSMM-lərə birləşdirilərkən onların bazasında Məşğulluq Mərkəzləri yaradılmışdır. Bayram Mikaylov isə yenidən təzə yaradılmış Saatlı Məşğulluq Mərkəzinin direktoru olmuşdur. Yəni, həmin videonu çəkərkən də, sonradan da Bayram Mikayılov həmin dövlət qurumunda rəhbər və məsul vəzifədə işləmişdir, indi də işləyir…». Hətta nazirlik dolayısı ilə bizi məhkəmə və hüquq mühafizə orqanları ilə də hədələmişdir…
***
Bu gün isə bizə nazirliyin bütün bu təkzib məlumatlarını rədd edən foto və yeni videogörüntülər təqdim edilmişdir. Güman edirik ki, bu dəfə Nazirlik rəhbərliyi vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkməyəcək. Çünki… Bir daha bəyan edirik: belə çıxmasın ki, «Təzadlar» bu məlumat və ya kadrları təqdim etməklə ahıl, 1-ci qrup gözdən əlil, oğlunun problemlərini həll etmək üçün müraciət etmiş xəstə qocanı təhqir edən, ələ salan dövlət məmuru B.Mikayılovun sərt formada cəzalandırılmasını və ya işdən qovulmasını istəyir. Əsla! Amma biz istəyirik ki, başqa bu tip problemləri olan dövlət məmuru ən azından başını aşağı salıb öz işi ilə məşğul olmalı, səhvlərə yol verməməli, dövlət qulluqçusu adına yaraşan hərəkət etməli, ətrafı, yaxud qohum-əqrabaları ilə etik çərçivədə davranmalıdır.Bayram Mikayılovun kabinetinə girib-çıxan işçisi kimdir?
Saatlı Məşğulluq Mərkəzi direktorunun yeni videosu yayıldı- ŞOK VİDEO FAKT
Beləliklə, bu gün təqdim edilmiş videogörüntülərdəki hadisələr yenə də B.Mikayılov tərəfindən onun öz iş kabinetində vaqe olur, özü tərəfindən çəkilib, bir müddət əvvəl yayılmışdır… Məlum olur ki, Saatlı rayon sakini Allahyarov Elşən Mehdiqulu oğlunun atası, 1-ci qrup gözdən əlil Mehdiqulu Allahyarov 29 yanvar 2014-cü ildə B.Mikayılovun yanına yenidən gəlir və ondan kömək istəyir. B.Mikayılov yenə də gizli şəkildə onu telefona çəkir (2 kadrdır. Birinci kadrda rüsvayedici və söyüş, murdar ifadələr işlədildiyindən ona toxunmuruq, onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər dövlət qurumlarına göndərməyə məcburuq). Bu zaman kabinetə B.Mikayılovun tabeliyindəki işçilərindən biri daxil olur, B.Mikayılov ona nəsə tapşırıq verir (foto və videogörüntülərdə əks olunur). Mehdiqulu kişi üzünü həmin işçiyə tutub onu tanımadığına təəssüflənərək iradını bildirir… Həmin işçi gülə-gülə otağı tərk edir, bundan sonra Mehdiqulu kişi B.Mikayılova üzünü tutub problemindən danışır, «Bəs o 50 manatı niyə vermədin? Sən verməmisən… Özü də götürüb yazmısan ki, ailə çatışmazlığı var… Ə, ailə çatışmazlığı nədir? Sənin başqa səbəbin yoxdur? O da (oğlu Elşəni nəzərdə tutur.Red.) gecə çıxır, basır, çıxardır, basır, çıxardır (yardım kartını nəzərdə tutur. Red.), amma pul çıxmır…» deyəndə B.Mikayılov onunla məzələnir:
-Hara basır əəə?
Bu zaman Mehdiqulu kişi 1995-ci ildən arvadının öldüyünü deyib bir də söhbətin əvvəlinə qayıtmaq istəyir:
-Ə, gör mən bura nəyə gəlmişəm… Dərdim-sərim var axı…Haçan gələcək pul?
-Nəəə???
Mehdiqulu kişi onun üstünə qışqıran B.Mikayılovu sakitləşdirmək üçün kartın müddətinin 2005-ci ilədək oluduğun bildirərək fikrini yayındırmaq istəyir. ..
B.Mikayılov:
-Ayə, 2005 çoxdan qurtarıb…
-Vallah mən əsəbləşəndə ağlım da başımdan çıxır, and olsun Allaha, mən nazirlə danışacam… Yaxşı haçan gəlsin uşaqlar rayona?
-Nəyə qışqırırsan, əəə?
-Nə?
-Nəyə qışqırırsan?
-Qışqırıram???
-Deyirəm ki, nəyə qışqırırsan?
-Mən haçan qışqırıram?
Saatlı Məşğulluq Mərkəzi direktorunun yeni videosu yayıldı- ŞOK VİDEO FAKT
-Saa deyirəm nəyə qışqırırsan?
-Bilirsən, Elşən alırdı əvvəl…
-Ə, özünü …….ğa qoyma… Deyirəm, nəyə qışqırırsan?
-Məəən?
-Hə, sən…
-Mən harda işləyirəm?
-Nəyə qışqırırsan deyirəm…
-Görürsən də əsəbləşəndə beynim xarab olur…
-Aparım beynini qayırtdırım???
-Nağayrım?
-Deyirəm, aparım beynini qayırtdırım sənin?
-Beynimi qayırtdırma ey, mənim boğazıma yemək lazımdır (Çarəsiz qoca yazıqlanır.Red.).
-Deyirəm, beynini qayırtdırım də…
-Mənə Aparatda (Nazirliyi nəzərdə tutur.Red.) Əjdər Əliyev var…Kimdi sizdə?
-Bizdə Əjdər Əliyev yoxdur…
-Siz hamısını yaxşı tanıyırsınız (apparat rəhbəri Əjdər Cəbiyevi nəzərdə tutur.Red.)… Ona yazacam ki, komissiyadan məni siz keçirtmisiniz, 1-ci dərəcəli əliləm, gözüm görmür…
-Çıxart görüm gözünü, baxım…
-Hayyy…
-Soyun baxım gözünə…
-…Yaxşı, indi mənim pensiyam nə qədər artmalıdır? (Bu vaxt əvvəl otağa daxil olmuş həmin işçi yenidən kabinetə girir, Bayram Mikayılova nəsə bir telefon aparatı verir, sonra Mehdiqulu kişiyə baxıb gülə-gülə otaqdan çıxır.Red.).
-(B.Mikayılov Mehdiqulu kişiyə bərkdən qışqırır) Ə, ayağımı tapdalamaaaa!!!
-Deyirəm ki, mənim pensiyam nə qədər artmalıdır?
1000 manat (qocanı ələ salır. Red.).
-Sən balanın canı, nə qədər artmalıdır?
-Ə, mən nə bilim nə qədər artmalıdır (Qəh-qəhə çəkib gülür.Red.).
***
Aşağıda həmin videogörüntünü və B.Mikayılovun kabinetinə girib-çıxan işçisinin fotosunu da təqdim edirik. Görəsən, nazir Səlim Müslümov bu dəfədəmi qocanı ələ salıb gülən, təhqir edən işçilərini tanıya bilməyəcək???
Səbuhi

Saatlı Məşğulluq Mərkəzi direktorunun yeni videosu yayıldı- ŞOK VİDEO FAKT

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR