Sankt-Peterburqda ikinci partlayışın qarşısını kimin və necə aldığı üzə çıxdı – DETALLAR

Rusiya mətbuatı: xüsusi xidmət orqanlarının terror aktı barədə əvvəlcədən məlumatları olub; bunun sayəsində ikinci partlayışın qabağı alınıb

Rusiya xüsusi xidmət orqanlarının Sankt-Peterburqda terror aktının hazırlanmasından əvvəlcədən məlumatları olub.
“Kommersant” qəzetinin xüsusi xidmət orqanlarındakı etibarlı mənbələrinə istinadən verdiyi məlumata görə, terror aktının hazırlanması barədə informasiyanı İŞİD-lə əməkdaşlıq edən və təşkilatın içinə sızmış rusiyalı agent xəbər verib.
Həmin şəxs Suriyada döyüşən İŞİD-çilərin içində olub.
Lakin rus agenti silahlıların təşkilati iyerarxiyasında aşağı pillədə yer alıbmış və onu tərəfindən təqdim olunan informasiya heç də tam və təfsilatlı olmayıb.
Qəzetin həmsöhbətinin verdiyi xəbərə əsasən, həmin adam öz terrorçu dəstə üzvləri ilə telefon əlaqəsi saxlayırmış. Bunu sayəsində əməliyyatçılar bütün terrorçuların nömrələrini müəyyən etməyə müvəffəq olublar. Təxmin edildiyi kimi, bu nömrələr bazardan alınmış olub gerçək insanların adları ilə bağlı deyilmiş. Bu səbəbdən təhlükəsizlik orqanları sadəcə onların danışıqlarını izləməklə kifayətlənməli olublar.
Telefon danışıqlarında terrorçular aksiyanın mahiyyətini açacaq söhbətdən qaçıblar. Danışıqlar olduqca qısa, şəxs və yer adları çəkilmədən gerçəkləşdirilib.
Metrodakı partlayış xüsusi xidmət işçilərini əməliyyatı dayandırmağa məcbur edib. Aşkar edilən bütün telefonlar dərhal əməliyyatçılar tərəfindən bloklanıb. Bu da terror dəstəsini rabitədən məhrum edib.
Xəbərdə Sankt-Peterburq metrosuna keçirilən və biri partlayan bombaların məhz mobil telefon vasitəsilə idarə olunduğu göstərilib. İstisna olunmur ki, xüsusi xidmət orqanlarının telefonları blok etmək qərarı metrodakı ikinci partlayışın qarşısını alan səbəb olub.
Qəzet bütün bunların hələ ki, ilkin təsbitlər olduğunu və rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyini qeyd edib.

musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR