Şimali Koreyadan dünyaya əzələ nümayişi- ən böyük artilleriya təlimləri keçirilib

KXDR Vonsan limanı rayonunda ən böyük artilleriya təlimləri keçirib.
Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Şimali Koreya ordunun yaranmasının 85-ci ildönümünü bu şəkildə qeyd edir. Təlimlərdə ölkənin lideri Kim Çen Inın da iştirak etdiyi ehtimal olunur.
Bu arada Yaponiya, ABŞ və Cənubi Koreya nümayəndə heyətlərinin başçıları Tokioda keçirdikləri görüşdə Pxenyana qarşı təzyiqləri artırmaq barədə razılığa gəliblər. Dövlət departamentinin KXDR məsələləri üzrə xüsusi nümayəndəsi, dövlət katibi köməkçisinin müavini Cozef Yun Şimali Koreyanın hələlik dialoqa hazır olmadığını iddia edir.
Koreya yarımadasında gərginlik Koreya Xalq Ordusunun yaranmasının 85-ci ildönümü münasibəti ilə aprelin 25-də keçirilməsi gözlənilən tədbirlər səbəbindən artıb. Pxenyan bu günü altıncı nüvə sınağı və ya növbəti raket buraxılışları ilə qeyd edə bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR