“Şirvanlı Qızıl Almaz” Müğənni Dənizin xalasını “FIRLADIB”

Şirvan şəhərindən olan “Qızıl Almaz”la bağlı yazımızdan sonra redaksiyamıza maraqlı bir məlumat daxil oldu. Məlumunuz olsun ki, “Qızıl Almaz” Şirvan şəhər sakinlərindən çoxunun evini müxtəlif variantlarla əlindən alıb.

Bu qəbildən olan “Qurban”lardan biri də Şirvan şəhər sakini Bahar xanımdı. “Qızıl Almaz” Bahar xanımı aldadaraq evini satdırıb pulunu isə alıb. Pulun sahibi dəfələrlə “Qızıl Almaz”dan pulunu isdəsədə nəticədə pulunu ala bilməmişdir. Bunların mübahisəsi Məhkəmədə hüquqi müstəvidə həll olunmağa qədər getdi.

Hal hazırda Şirvan Məhkəməsinin Bahar xanımın şikayətinə  görə cıxardığı qətnamə icra olunur. Kasıb, imkansız və xadimə işləyən birinin pulunu alıb verməmək məncə  sırf “Qizil Almaz”  kimilərinin xislətindədir. Məlumatlı mənbə əlavə olaraq bildirdi Ki, “Qızıl Almaz” pulunu alıb vermədiyi Bahar xanım, müğənni Dənizin doğma  xalasıdır. Dolanışığı hədsiz ağır olan Bahar xanım mütəmadi olaraq  xadiməlik edərək ailəsini dolandırır. Almaz xanım isə qızıl  satır. Məncə düşünməyə dəyər. Bir daha diqqətinizə çatdırıram ki “Qızıl Alnazın”   pulunu alıb qaytarmadığı Bahar xanım müğənni Dəniz xanımın doğmaca xalasıdır. İndi siz deyin! Xadiməni pulunu mənimsəyəni bağışlamaq olarmı?

P.S. Bu məsələ ilə bağlı  Bahar xanımla və müğənni Dəniz xanımla əlaqə yaradıb bütün qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağıq. Belə  imkanlı birinin xadimədən pul alıb verməməmsi və məhkəmə çəkişməsi  çox paradoksaldı. Aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR