ŞOK: Sərkisyana sui-qəsd edildi

Onun vəziyyəti ağırdır

Newscenter.az.1.04.2017. Ermənistan prezidenti Serj Sərkisyana qarşı sui-qəsd həyata keçirilib. Newscenter.az-ın xəbərinə görə, hadisə martın 31-i gecə saatlarında Ermənistan prezidentinin hakim Respublika Partiyasının seçkiqabağı son toplantısından çıxarkən baş verib. Belə ki, Ermənistan prezidenti toplantı keçirildiyi binadan çıxarkən ona naməlum avtomobildən bir neçə güllə atılıb. Avtpmat silahlardan atılan güllələrdən ikisinin Sərkisyana dəydiyi bildirilir. Dərhal İrəvandakı mərkəzi xəstəxanaya aparılan Ermənistan prezidentinin vəziyyətinin ağır olduğu iddia edilir. Hadisə barədə xəbər tutan ölkənin KİV vasitələri, televiziya kanallarına hadisə baş verdiyi əraziyə yaxınlaşmaq qadağan edilib. Sərkisyanın atəşə məruz qaldığı ərazi ciddi mühafizə altına alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Newscenter.az Serj Sərkisyanın sui-qəsd təhlükəsindən ehtiyat edərək şəxsi mühafizəsini ikiqat gücləndirdiyini yazmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR