Strasburqda AŞPA-nın yaz sessiyası işə başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası öz işinə başlayır.

Oxu.Az xəbər verir ki, sessiya zamanı AŞPA-nın vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinə hakim vəzifələrinə seçkilər keçiriləcək, Büronun və Daimi Komitənin məruzələri dinləniləcək. Parlamentarilər Bolqarıstanda keçirilmiş seçkilərin monitorinqinin nəticələrini, Türkiyədə demokratik institutların fəaliyyətini müzakirə ediləcəklər.

AŞPA deputatları qarşısında AŞ baş katibi Turbern Yaqland, Yunanıstan prezidenti Prokopis Pavlopulos çıxış edəcəklər.

AŞPA-nın sessiyası aprelin 28-də başa çatacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR