Sumqayıt yanan binanın görüntüləri yayıldı – VİDEO

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 30 nəfər təxliyə edilib.

ARB 24 xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 08:15-də söndürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR