“Təzə bazar” kül oldu, bazar sahibinin bacısı jurnalistləri döydü – FOTO

Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da güclü yanğın hadisəsi baş verib.
 
 Big.az   xəbər verir ki, ötən gün od tutub yanan bazarın görüntüləri görənləri dəhşətə gətirib. Belə ki, bazarın üst hissəsi demək olar ki, tamamilə yanıb külə dönüb. Məhsulları yanan, nəticədə olduqca böyük məbləğdə ziyana düşən sahibkarlar isə aqressivlik nümayiş etidirb.Jurnalistləri çəkiliş meydanından qovan sahibkarlar müsahibə verməkdən də imtina edib.
Özünü “Təzə bazar” sahibinin bacısı kimi qələmə verən qadın olduqca aqressivliyi ilə seçilib. O, jurnalistlərə əl qaldıraraq, onlardan məkanı tərk etməyi tələb edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR