Tereza Mey: Cəbəlütarix heç vaxt İspaniyanın bir hissəsi olmayacaq

Böyük Britaniya baş nazir Tereza Meyin rəsmi nümayəndəsi Cəbəlütarixin əhalisinin iradəsinə zidd olaraq heç vaxt İspaniyanın bir hissəsi olmayacağını bəyan edib

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanat T. Meyin Cəbəlütarixin birinci naziri Fabian Pikardo ilə görüşündən sonra səsləndirilib.T. Mey görüşdə Böyük Britaniyanın bir hissəsi olan Cəbəlütarixə, onun xalqına və iqtisadiyyatına dəstəyini davam etdirəcəyini vurğulayıb. T. Mey həmçinin Böyük Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) ilə bağlı optimal razılaşmanın əldə olunması üçün Londonun mövqeyinin formalaşdırılması prosesinə  Cəbəlütarixin də cəlb olunacağını vəd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR