Tramp “Karl Vinson”a hərbi hazırlıq əmri verdi

ABŞ prezidenti Donald Tramp Koreya sularına göndərdiyi “Karl Vinson” təyyarədaşıyan gəminin rəhbərliyinə hərbi hazırlıq əmri verib.

Axar.az xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Harmond Makmaster deyib. Onun sözlərinə görə Tramp bu addımı təhlükəsizlik işlərinin möhkəmləndirilməsi üçün atıb:

“Tramp ABŞ və onun müttəfiqlərini qorumaq üçün hərbi hazırlıq əmrini verdi. Əmrə əsasən, baş verə biləcək istənilən təhlükəyə qarşı diqqətli olmalıyıq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR