Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə sınağı keçirəcəyi təqdirdə buna sevinməyəcək.

“Report”un məlumatına görə, Ağ Ev rəhbəri bununla bağlı “CBS”-ə müsahibəsində bildirib.

Trampın sözlərinə görə, KXDR lideri Kim Çen In ABŞ-ın ballistik raketin buraxılışına görə şad olmayacağını başa düşür. O, həmçinin Çin lideri Si Çzinpinin Şimali Koreya liderinə təzyiq göstərəcəyinə əminliyini də ifadə edib.

“Əgər o (Kim Çen In – “Report”) nüvə sınağı keçirsə, mən buna sevinməyəcəm. Və mən sizə deyə bilərəm ki, Çin prezidenti – çox hörmətli insan da çətin ki buna sevinsin” – deyə Tramp bildirib.

ABŞ prezidenti onun bu sözlərinin hərbi əməliyyatları nəzərdə tutub-tutmaması barədə sualdan yayınıb. “Mən bilmirəm, baxarıq” – deyə Tramp mövzunu qapadıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR