Trampın mətbuat katibi Əsədi Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib

ABŞ prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser Suriya prezidenti Bəşər Əsədi Adolf Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə,  Şon Spayser öz açıqlamasını yersiz adlandırıb.

“Hətta Hitler kimyəvi silahdan istifadə kimi alçaqlığa yol verməmişdi”, – deyə Spayser  uğursuz açıqlama verib.

“Biz hətta İkinci Dünya Müharibəsində kimyəvi silahdan istifadə etmədik… Hətta Hitler kimyəvi silahdan istifadə etməyib”, – deyə o, İdlibdə kimyəvi silahdan istifadədə hökumət qüvvələrini ittiham edib.

Jurnalistlər brifinqdən sonra Spayserə nasist Almaniyasında qaz kameralarından istifadə olunduğunu xatırlatdıqda, Ağ Ev rəsmisi bu barədə məlumatlı olduğunu bildirib: “Hitler şəhərlərdə, öz vətəndaşlarına qarşı kimyəvi silahlardan Əsəd kimi istifadə etməyib”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR