Türk Hava Yollarında surpriz yolçu…- FOTO/VİDEO

Türk Hava Yollarında qeyri – adi olay yaşanıb.
Moderator.az xəbər verir ki, Qivineyadan havaya qalxan təyyarədə 28 həftəlik hamilə olan qadının doğum sancıları başlayıb. Hamilə qadının doğum sancıları çəkdiyini görən kabin qrupu uçuş zamanı müdaxilə edərək qadının uşağı dünyaya gətirməsinə kömək ediblər.
Hadisə Türk Hava Yollarının Konakridən (Qvineya) – Ouagadougou (Burkina Faso) -İstanbul uçuşunun, Konakri – Ouaqadouqou səfəri zamanı baş verib.
Boeing 737-900 təyyarəsinin Ouaqadouqou (Burkina Faso) ‘ya problemsiz enişinin ardından Nafi Diaby adlı sərnişin və doğulan qız körpəsi, Ouagadougouda xəstəxanaya qaldırılaraq nəzarət altına alınıb.
Körpənin və ananın sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu bildirən Türk Hava Yolları Ouaqadouqou stansiya yetkililerinin körpə və anayla yaxından maraqlandıqlarını bildirir.
Körpəyə Kadiju adı verildiyi öyrənildi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR