Türkiyədə “Wikipedia” qadağan edildi

Türkiyə rəhbərliyi “Wikipedia” resursuna girişi bloklayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

“İnformasiya Texnologiyalar və Rabitə Şurası 5651-ci qanuna əsasən apardığı texniki və hüquqi qiymətləndirmə nəticəsində aprelin 29-dan “Wikipedia” internet ensiklopediyasına qarşı administrativ tədbirlərin görülməsi barədə qərar qəbul edib”, – deyə qəzetin yaydığı məlumatda bildirilib.

Qadağanın hansı səbəbdən qəbul edildiyi açıqlanmır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR