Türkiyənin müdafiə naziri: “İki ildə 7 min 91 terrorçu məhv etmişik”

“Terrora qarşı davamlı mübarizə aparırıq. 2015-ci ilin iyulun 23-dən bu ilin aprelin 10-dək 7 min 91 terrorçu məhv etmişik”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində terrorçu PKK-nın 1020-si yaralı olmaqla 2013 silahlısı həbs olunub, 1071 terrorçu isə könüllü təslim olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR