“Vəkillər Kollegiyası vəkillik fəaliyyətini inhisara alıb”

 Azərbaycan adambaşına düşən vəkillərin sayına görə Avropada axırıncı yerdədir. 5 aprel 2017-cil tairixdə LEGİON saytında “Vəkillər Kollegiyasına ancaq “öz adamlarını” qəbul edirlər” başlıqlı məqalə dərc olunub. Məqalədə vəkil İradə Cavadova Vəkillər Kollegiyasına üzv olmağın qaydalarından danışır: “Vəkillər Kollegiyasının üzvü olmaq üçün mütləq 3 illik hüquqşünas təcrübəsi olmalıdır. Lazımi sənədlər təqdim ediləndən sonra vəkil olmağa iddiaçılar test imtahanlarında iştirak edir. Hansıki, nəticələr mətbuatda dərc olunur. Test imtahanlarını uğurla vermiş vəkilliyə namizədlər şifahi müsahibədən keçirlər. Şifahi müsahibə ixtisas-peşə üzrə imtahan hesab edilir. Çox az hallarda kimsə bu imtahandan keçmir. Bəzi vəkilliyə namizədlər dövlət qulluğuna daxil olmaq məqsədilə şifahi müsahibədən imtina edir”.
İradə Cavadovanın sözlərinə görə, şifahi müsahibədən keçən vəkilliyə iddiaçılar Ədliyyə Nazirliyinin Akademiyasına hazırlıq kursuna göndərilir: “Kursu bitirdikdən sonra Akademiyada daxili imtahan keçirilir. Bu imtahandan keçən namizədlərin şəxsi işi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olur. Və Rəyasət Heyəti üzvlərinin səsverməsi ilə iddiaçı Kollegiya üzvü olur və vəkillik andı içir”.

İradə Cavadova LEGİON-un müxbiri ilə söhbət zamanı hüquq məsləhətxanları ilə bağlı məsələyə də toxundu. O bildirdi ki, hüquq məsləhətxanaları vəkillərin özləri tərəfindən bərabər pay əsasında yaradılır: “ Qayda üzrə hüquq məsləhətxanaları icarə yerində fəaliyyət göstərir və icarə haqqı vəkillər arasında bölünür. Hüquq məsləhətxanası 30-40 vəkilin iştirakı ilə yaradılır. İcarə haqqından başqa vəkillər katibə, mühasib, hüquq məslətəxanasının müdiri kimi işçilər üçün pul ödəyirlər. Vəkillər eyni zamanda Vəkillər Kollegiyası üçün 45 manat məbləğində üzvlük haqqı ödəyirlər”.

Vəkil onu da bilddirdi ki, hüquq məsləhətxanalarının çoxu sovet dönəmindən qalıb. Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzv Əsabəli Mustafayev isə LEGİON-a bildirib ki, hazırda hüquq məsləhətxanalarının çoxu vəkillər tərəfindən deyil, Vəkillər Kollegiyası tərəfindən yaradılır: ”Hüquq məsləhətxanaları Vəkillər Kollegiyasının rayon şöbələrində rol oynayır. Əvvəllər mən özüm də Sumqayıtda hüquq məsləhətxanasında işləmişəm. Bu gün müstəqil vəkillik fəaliyyəti ilə məşğulam”.

Vəkilin sözlərinə görə, hazırda ölkənin bir çox rayonlarında cəmi 1-2 vəkil olduğu üçün həmin rayonlarda hüquq məsləhətxanaları yoxdur:” Belə olanda vətəndaşlar hüquq məsləhətxanası olan rayonlara müraciət edirlər. Həm də Vəkillər Kollegiyasının üzvü olmayan vəkillər cinayət işləri ilə bağlı məhkəmə prosesində iştirak edə bilməzlər. Yəni Vəkillər Kollegiyasının üzvü olmayan vəkillər ancaq mülki işlərdə və 1-ci-2-ci məhkəmə instansiyalarında nümayəndə kimi iştirak edə bilərlər. Onlar Ali Məhkəmədə və Konstutsiya məhkəməsində iştirak edə bilməzlər”.

Mustafayevin sözlərinə görə, Azərbaycanda vəkillik fəaliyyəti monopoliyaya alınıb: “Əksər ölkələrdə bir neçə müstəqil vəkillər kollegiyası fəaliyyət göstərir. Bu qurumların üzvü olan vəkillər həm mülki, həm də cinayət işlərində iştirak edə bilərlər. Bizim ölkədə də bir neçə vəkillər kollegiyasının yaradılması planlaşdırılmışdı. Ancaq bu plan həyata keçmədi. Ona görə də Vəkillər Kollegiyası bu sferada inhisarçılığını davam etdirir”.

Vəkil eyni zamanda Vəklər Kollegiyasına üzvlük qaydalarını da kəskin tənqid etdi: “ Mövcud qaydaya görə quruma üzv olmaq üçün ən azı 3 illik vəkil stajın olmalııdır. Ancaq Azərbaycanda əksər təşkialtlarda vəkil ştatı yoxdur, banklar istisna olmaqla. Həm də imtahanlardan sonra şifahi müsahibəyə də ehtiyac yoxdur. Bu şifahi müsahibələr subyektiv rəy əsasında olur”.

Mustafayevin sözlərinə görə, vəkilliyə iddiaçılar əksər ölkələrdə imtahan verir. amma bu ölkələrdə imtahanlar sadələşmiş formada olur. Vəkil olmaq istəyən hüquqşünaslar hüquq şirkətlərində vəkillik fəaliyyəti ilə məşğul olurlar. İşə düzələndən sonra həmin şəxslər həm mülki, həm də cinayət işlərində vəkil kimi iştirak edirlər. Və onlardan staj tələb olunmur”.

Vəkil onu da qeyd elədi ki, 2004-cü ildə qəbul olunmuş qanuna görə, köhnə Vəkillər Kollegiyasının əssında yeni qurum yardıldı və köhnə kollegiya üzvləri heç bir imtahan vermədən yeni qurumun üzvləri oldular: “Ədliyyə Nazirliyinin lisenziyası əsasında vəkillik fəaliyyəti ilə məşğul olan 70 nəfər, quruma üzv olmaq istəməyən İntiqam Əliyev və Ənnağı Hacıbəyli istisna olmaqla, Vəkillər Kollegiyasının tərkibinə daxil oldular”.

Vəkil onu da qeyd edib ki, sonrakı prosesdə bir çox tanınmış vəkillər heç bir əsas olmadan, sifarişlə Kollegiyanın üzvlüyündən xaric olunublar. Vəkilin fikrincə, Azərbaycanda vəkillik fəaliyyətini inkişaf etdirmək üçün bu sferanı inhisardan qurtarmaq lazımdır: “Azərbaycan adambaşına vəkillərin sayına görə Avropada ən axırıncı yerlərdən birindədir. Qonşu Gürcüstanda vəkillərin sayı Azərbaycandan 10 dəfə çoxdur”.

Biz aşağıdakı suallarla Vəkillər Kollegiyasının rəhbəri Azər Tağıyevə müraciət etdik:

– İntiqam Əliyev və Ənnağı Hacıbəyli nə üçün Vəkillər Kollegiyasından uzaqlaçddırılıb?

– Nə üçün Azərbaycanda vəkillərin sayı qonşu Gürcüstandan dəfələrlə azdır..? – Nə üçün Azərbaycanda bir neçə vəkillər kollegiyası yaradılmır..?

Azər Tağıyev bu suallardan yalnız birincisinə “İntiqam Əliyevlə Ənnağı Hacıbəyli məsələsi bağlanıb” cavabını verərək, digər suallara cavab verməkdən imtina etdi.

Rəşad Rüstəmov

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR