Vasif Talıbov Naxçıvanda yeni idarə yaratdı

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradılıb.

Qafqaznews.az xəbər verir ki, APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin Əsasnaməsini təsdiq etmək tapşırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR