Xalq artisti oğurluqda ittiham olunur – Toydan görüntülər yayıldı

Bakı sakini Südabə Zalova şadlıq evində üst geyimini çıxardan zaman sırğasını itirib. Qadın bu barədə restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarının görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.

Qafqaznews.az  Xəzər TV-yə istinadən məlumat verir ki, xalq artisti Ramiz Məmmədov məsələ ilə bağlı bildirib ki, onun tapdığı başqa bir əşya olub və o, bu əşyanı toy sahibinə təhvil verib. Qadının sırğasından isə xəbəri yoxdur.

Tapılan əşyanın doğrudan da itən sırğa olub-olmadığını ayırd etmək çətindir. Kamera görüntülərində sadəcə görünən Ramiz Məmmədovun yerə əyilərək nəsə götürməsidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR