Yıldırım: “Avropa Türkiyəni İttifaqda üzv istəyib-istəməməsini konkretləşdirsin”

Ankara Brüsseli Türkiyəni Avropa İttifaqında üzv görmək istəyib-istəməməsi barədə qəti qərarını verməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım “Bloomberg” telekanalına müsahibəsində deyib.

Baş nazir bildirib: “Biz Avropa İttifaqını bizim mümkün üzvlüyümüzlə bağlı məsələdə dürüst olmağa çağırırıq. İlk əvvəl onlar özləri üçün aydınlaşdırmalıdırlar ki, biz bu ittifaqda görmək istəyirlər, ya yox. Əvvəl onlar özləri bu qərarı həll etsinlər, sonra biz hələ baxarıq”.

Yıldırım bildirib ki, Avropa miqrantlarla bağlı Türkiyəyə vəd olunan maliyyə dəstəyi məsələsində də vədinə əməl etmir: “Bizə vəd olunana 3 milyard avronun yerinə 790 milyon avro verilib. Viza məsələsinin sadələşdirolməsi istiqamətində də irəliləyiş yoxdur”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR