Zaur Xatirəni biabır etdi: “Bu nə iydir belə? (VİDEO)

“Xəzər” kanalında yayımlanan “5-də 5” verilişinin aparıcısı Zaur Kamal müğənni Xatirə İslamı canlı efirdə biabır edib.
Unikal.org-un məlumatına görə, ifaçı səhnəyə çıxar-çıxmaz Zaur ondan xoşagəlməz iyin gəldiyini bildirib.
O, Xatirəni “Bu nə iydir belə? Sarımsaq yeyib efirə çıxarlar? İydən boğuluram. Burnum düşdü” kimi ifadələrlə pərt edib.
X.İslam isə həqiqətən sarımsaq yediyini və kompleksinin olmadığını söyləyib: “Nə olsun? Nə var ki, bunda? Bir balaca yemişəm. Sarımsaq nə üçündür, yemək üçündür də”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR