“1 karobka çıxdı, dedim bir kisə də maşında var” – Narkotik istifadəçisi saxlanıldı – VİDEO

Paytaxtda narkotik gizlədən şəxs saxlanılıb.

ARB TV xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbə sakini Rəhman Şahverdiyev saxlanılıb.

Rəhman Şahverdiyev – Saxlanılan şəxs: “Dəniz kənarında gəzərkən gördüm ki, bir kisə var. Baxdım ki, nəşədir. Götürüb maşına qoydum. 1 karobkaya salıb, cibimə qoydum. Hərdən bir istifadə edirdim. 1-2 gün keçəndən sonra polis əməkdaşları saxladı və cibimdən 1 karobka çıxdı. Dedim ki, bir kisə də maşında var. Onu da təqdim elədim polislərə”.

Onun üzərindən 9,67 qram, idarə etdiyi “ZİL” markalı avtomobilə baxış zamanı maşından 4 kiloqram 75 qram, yaşadığı evdən isə əlavə olaraq 7,94 qram marixuana aşkar edilərək götürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR