15 yaşlı qız atasını telefon üstündə öldürdü

Türkiyə xəbər agentlikləri xəbər verir ki, bu gün İzmirdə 15 yaşlı qız, döğma atasını bıçaqlayaraq öldürüb.
İzmirin Bayraqlı məhəlləsində Faruk Dədə adlı kişi boşandığı həyat yoldaşı Y. A. ilə 15 yaşlı qızı Ö. A.-nın yaşadığı evə gəlib. Ata ilə qızı arasında mübahisə baş verib. Ata qızının əlindəki telefonu almaq istəyəndə, 15 yaşlı qızı bıçağı götürərək atasının qarnına soxub.
Ana Y. A. vəziyyətin qəlizləşdiyini görüb, təcili yardım çağırıb.  Həkimlər Faruk Dədəni yaxınlıqdakı özəl bir xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən ata əməliyyata götürülməzdən öncə keçinib. 15 yaşlı qatil qız polis tərəfindən həbs olunub. (moderator.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR