240 metr hündürlükdə YENİ DÜNYA REKORDU – VİDEO

Türkiyənin Levent vadisində keçirilən maraqlı festivalda dünya rekordları yenilənib.

Akçadağ ərazisinə daxil olan Levent vadisində maraqlı festival davam edir. Mayın 21-dək davam edəcək festival Akçadağ Bələdiyyəsi tərəfindən maliyyələşdirilir.

Təbiət İdman Növləri çərçivəsində keçirilən festivalda yerdən 240 metr hündürlükdə yerləşən 210 min metr uzunluqda kəndir üzərində yürüş gercəkləşdirilib.

Festivalda dünyanın müxtəlif bölgələrindən gələn idmançılar iştirak edib. Onlar dünya rekordunu yeniləmək üzrə bir-biri ilə gərgin rəqabət aparıb.

İsveçrəli 33 yaşlı alpinist Samuel Voleri yerdən 240 metr hündürlükdə yerləşən kəndir üzərində təxminən 1 saat 14 dəqiqə ərzində 210 min metr uzunluğunda məsafəni qəth edərək dünya rekordunu öz adına yazdırıb.

Yarışlara dünya ölkələrindən bütün idmançılar dəvətlidir./publika.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR