4 övladı ilə birgə evindən qovulan, əmlakı əlindən alınan Lalə Dadaşova mətbuat konfransı keçirəcək

Mayın 12-də Qafqaz Xəbər Media Mərkəzində Bakı şəhər sakini Lalə Dadaşova onun etibarından sui-istifadə edərək adına olan əmlakın əri tərəfindən qanunsuz olaraq mənimsənilib satılması, bu işdə notariusun qanunsuz əməlləri və huquq mühafizə orqanlarının dələduz notarusa havadarlıq etməsi ilə bağlı mətbuat konfransı keçirəcək.

Lalə Dadaşova bu barədə Qafqazxeber.az-a bildirib:

”1996-ci ildə Araz Dadaşov ilə nikaha daxil olduq. Bu nikahdan dörd övladımız dünyaya gəlib. 1998-ci ildə biz Tağıyev küçəsi,ev 5 ünvanında ikimərtəbəli ev aldıq. Sonradan ev mənim adıma rəsmiləşdirildi. Araz məni evin və ona bitişik ərazinin satışı ilə bağlı ona baş etibarnamə verməyə razı saldı. Bundan sonra o məni uşaqlarla birlikdə evdən qovdu. Baş etibarnamənin evin satışı üçün lazım olduğunu anladıqda, mən təcili olaraq avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində ərimə verdiyim etibarnaməni ləğv etdim. Ancaq 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov avqustun 11-də ləğv olunmuş etibarnamə əsasında alqı-satqı həyata keçirib. Mənim şikayətlərimə baxmayaraq bütün hüquq-mühafizə orqanları notariusa havadarlıq edir”.

Lalə Dadaşova  mətbuat nümayəndələrinə geniş açıqlama vermək, KİV vasitəsilə ölkə rəhbərliyinin məsələyə diqqətini cəlb etmək istədiyini bildirib.

Tədbirə müxtəlif KİV nümayəndələri və hüquq müdafiəçiləri, aidiyyatı qurum və tərəflərin nümayəndələri dəvətlidirlər.

Mətbuat konfransı 12 may 2017-ci il tarixdə saat 15:00-dan 16:00-a qədər “Xətai” metrostansiyasının yaxınlığı, Süleyman Vəzirov 11 D ünvanında Qafqaz Xəbər Media Mərkəzində baş tutacaq.

Əlaqə

Ünvan:
Bakı şəhəri Xətai r-nu, S.Vəzirov küçəsi ,ev 11D

Əlaqə telefonları:
(+99450) 490-21-41
(+99455) 490-21-41
(+99470) 490-21-41
(+99412) 490-21-41

E-mail:
[email protected]

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR