60 ailənin 1 “ər”i var imiş – Ölümündən sonra üstü açıldı

Keçən ay 89 yaşında dünyasını dəyişən ölkənin ən böyük sperma klinikasının sahibinin 60 uşaq atası olduğu ortaya çıxıb.

Hollandiyada 1980 – 2009-cu illər arasında ölkənin ən böyük sperma bankının sahibi Yan Karbaatın ölümündən sonraböyük bir qalmaqalın üstü açılıb.

Karbaatın klinikada atalığa namizədlər tərəfindən verilən spermaların yerinə öz spermalarını süni mayalanma müalicəsində istifadə etdiyi ortaya çıxıb.

Qalmaqal Yan Karbaatın hər şeyi etiraf etdiyi bir sənədin ortaya çıxması iləaydın olub.

Ölkədə böyük rezonansa səbəb olan olaydan sonraonlarla ailə DNT testi üçün müraciət edib. Onların sayının 60-dan çox olduğu deyilir./Milli.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR