ABŞ-ın “Snickers” istehsal edən fabrikində güclü yanğın olub

Çərşənbə axşamı ABŞ-ın Texas ştatında “Mars Inc.” qənnadı fabrikində güclü yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı məlumat yayıb.

Yanğın Bakı vaxtı ilə 22:30-da 130 min əhalisi olan Ueyko şəhərindəki fabrikdə qeydə alınıb. Müəssisədə işləyən yüzlərlə insan təxliyə olunub.

İlkin məlumata görə, məhsulların daşınması üçün nəzərdə tutulan yük maşınları yanıb. Azı 5 maşın tamamilə yanaraq kül olub.

Yanğınsöndürənlər alovun qarşısını almağa müvəffəq olublar. Yanğının səbəbləri araşdırılır. Telekanalın məlumatına görə, bütün Şimali Amerika üzrə satışa çıxarılan əksər “Snickers” şokolad batonları Ueykodakı fabrikdə istehsal olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR