ABŞ-ın noutbuk qadağası böyüyür: Əvvəl Türkiyə, indi Avropa…

Türkiyəyə tətbiq olunan noutbuk qadağası artıq bütün Avropa ölkələrindən ABŞ-a uçan təyyarələrin sərnişinlərinə şamil olunacaq.

Avropa Komissiyası tətbiq olunacaq yeni qaydalarla bağlı hava limanlarında yaxın günlərdə zəruri hazırlıqların görüləcəyini bildirib.

ABŞ və İngiltərə tərəfindən tətbiq edilən qadağaya görə, bu ölkələrə birbaşa səfər edəcək təyyarələrə minən sərnişinlər özləri ilə mobil telefon istisna olmaqla, noutbuk və digər bənzəri texnoloji avadanlıqlar, elektron cihazlar götürə bilməzlər.

ABŞ-ın müvəqqəti qadağa tətbiq etdiyi ölkə və şəhərlərin siyahısı:

Türkiyə, İstanbul;

Misir, Qahirə;

İordaniya, Amman;

Küveyt, Küveyt;

Mərakeş, Kasablanka;

Qətər, Doha;

Səudiyyə Ərəbistanı, Ər-riyad və Ciddə;

Birləşmiş Ərəb Əmirlikləri, Abu Dabi və Dubay.

İngiltərənin qadağa tətbiq etdiyi ölkələr siyahısında isə Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanı yer alır./publika.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR