ABŞ ordu naziri postuna ikinci namizəd vəzifədən imtina edib

ABŞ prezidenti Donlad Tramp tərəfindən Ordu naziri postuna namizədliyi irəli sürülən Tennesi ştatının senat üzvü Mark Qrin namizədliyini geri götürüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, öz qərarı haqqında Qrin jurnalistlərə bəyan edib.

“Təəssüf ki, ordu naziri vəzifəsinə namizədliyimi geri götürürəm”, – onun sözlərini CNN teleşirkəti sitat gətirib.

KİV və bir sıra demokratlar tərəfindən tənqidə səbəb əsasən, Qrinin transgenderlərə dair sözləri olub. “Psixiatrlardan soruşsanız onlar transgenderliyin xəstəlik olduğunu deyərlər”, – senator bəyan etmişdi. O, həmçinin eynicinsli nikahların əleyhinə çıxış edir.

Fevralda ordu naziri vəzifəsini tutmaqdan amerikalı sərmayəçi-milyarder Vinsent Viola imtina etmişdi, səbəb isə onun özəl və dövlət maraqlarının potensial münaqişəsinin mümkünlüyü idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR