ABŞ prezidenti Almaniyanı tənqid etdi – “Almanlar pisdir, çox pisdir”

ABŞ prezidenti Donald Trampın Almaniyanı tənqid etdiyi iddia edilir.

“Ölkə.Az” xəbər verir ki, Brüsseldə Avropa İttifaqının rəhbərləri ilə görüşən Tramp Almaniyanın ticarət balansındakı artımdan şikayət edib. Tramp “almanlar pisdir, çox pisdir”-deyib. Bu barədə nüfuzlu “Spiegel” jurnalı məlumat yayıb.

Məlumata əsasən, Tramp bundan başqa: “Onların ABŞ-a satdığı milyonlarla avtomobilə baxın. Dəhşətlidir. Bunun qarşısını alacağıq”-ifadəsini də söyləyib.

Aİ komissiyasının sədri Jan-Klod Canker Trampın bu sözlərinə qarşı çıxıb və sərbəst ticarətin hamıya faydalı olduğunu bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR