ABŞ Rusiya və Çinə qarşı HƏRƏKƏTƏ KEÇDİ: müharibəyə ciddi hazırlıq

ABŞ ordusu Rusiya və Çinlə potensial müharibəni nəzərə alaraq əməliyyatların yeni qaydalarının hazırlanması üzərində iş aparır.

Bu barədə Küveyt mediası hərbi mənbələrə istinadən yazıb.

Məlumata görə, ilk növbədə raketdən müdafiə sistemlərinin yenilənməsi ehtimal olunur. Yeni qaydalar həmçinin, İŞİD-lə mübarizədə kömək edəcək.

Bu qaydaların 2017-ci ilin payızında tam hazır olacağı deyilir.

Yeni proqramda əsas vurğu Rusiya və Çinlə mübarizənin üzərindədir.

“Birləşmiş Ştatlar Rusiya və Çinə qarşı hazır vəziyyətdə olmalı, döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərini yeniləməlidir. Bu ölkələr (Rusiyan və Çin) öz hərbi arsenallarında gəmi əleyhinə yüksək dəqiqliyə malik uzaqvuran raketlərə malikdirlər və bu raketlər asanlıqla ABŞ-ın təyyarədaşıyan gəmilərini məhv edəcək”, – sənəddə bildirilir.

Hərbi ekspert Viktor Eyzen hesab edir ki, ABŞ-ın Şimali Koreyaya müdaxiləsi nəticəsində yarana biləcək bütün təhdidlər diqqətdə saxlanılmalıdır.

O, bu təhlükənin ABŞ-Rusiya, ABŞ-Çin müharibəsinə səbəb ola biləcəyini düşünür.

Qeyd edək ki, daha əvvəl Nyu-Yorkda Önləyici Hərəkətlər üzrə Mərkəzin mütəxəssisləri 2017-ci ildə Amerika üçün təhdid olan ölkələrin siyahısını dərc etmişdi. Bu siyahıda ilk yeri Rusiya tuturdu./publika.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR